• Bakı 22° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Trampın iqamətgahı üzərində uçan təyyarə ələ keçirilib

DÜNYA

19 Sentyabr 2026 | 23:44 | Müəllif: Gülşən Şərif

Trampın iqamətgahı üzərində uçan təyyarə ələ keçirilib

ABŞ-nin "F-16" qırıcısı Prezident Donald Trampın olduğu Kemp-Deviddəki (Merilend ştatı) şəhərkənarı iqamətgah üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarəni ələ keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şimali Amerikanın Birləşmiş Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.

"NORAD-ın "F-16" qırıcıları 19 sentyabr 2026-cı il tarixində, səhər saat təxminən 07:50-də (Bakı vaxtı ilə 15:50-də) Merilend ştatının Termont şəhəri üzərində özəl aviasiya təyyarəsini ələ keçiriblər. NORAD qırıcıları əhalinin görə biləcəyi istilik tələləri tətbiq ediblər. Tələlərdən pilotun diqqətini cəlb etmək üçün istifadə olunub", - komandanlıqdan qeyd edilib.

İstilik tələlərinin buraxılması hadisəni sosial şəbəkələrdə müzakirə edən yerli sakinlərin diqqətini çəkib.

Tramp sentyabrın 18-də axşam saatlarında Kemp-Devidə gedib və həftəsonu orada qalmağı planlaşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026