• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb

İDMAN

19 Sentyabr 2026 | 21:53 | Müəllif: Gülşən Şərif

Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb

"Sabah" Misli Premyer Liqasında ardıcıl beşinci qələbəsini qazanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, komanda VI turda "İmişli"ni məğlub edib.

Qarşılaşma 3:1 hesabı ilə bitib. 20-ci dəqiqədə qonaqların qapıçısı Sadiq Məmmədzadə avtoqol müəllifi olub. 35-ci dəqiqədə Umarali Raxmonaliyev fərqi iki topa çatdırıb. 90+5-ci dəqiqədə Kahim Parris komandasının üçüncü qoluna imza atıb. Bölgə komandasının heyətində 90-cı dəqiqədə Ronaldo Souza adını tabloya yazdırıb.

Ehtiyatda daha bir oyunu olan "Sabah" 15 xalla ikinci pillədə qərarlaşıb. "İmişli" 4 xalla səkkizinci sıradadır.

Günün ilk görüşündə "Turan Tovuz" "Zirə"ni üstələyib - 1:0.

Xatırladaq ki, tura sentyabrın 20-də yekun vurulacaq. Ötən gün "Neftçi" "Qəbələ"ni (3:0), "Qarabağ" "Şəfa"nı məğlub edib - 1:0.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026