• Bakı 23° C

    6.99 m/s

Yardımlıda açıq ərazidə YANĞIN - VİDEO

HADİSƏ

18 Sentyabr 2026 | 23:03 | Müəllif: Subhan Mahmudov

Yardımlıda açıq ərazidə YANĞIN - VİDEO

Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yardımlı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 2 ha sahədə quru ot yanıb.

Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı tikililər və hava elektrik xətləri yanğından mühafizə olunub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026