• Bakı 24° C

    4.4 m/s

Kim Çen In orduya süni intellektlə bağlı göstəriş verdi

 

DÜNYA

19 Sentyabr 2026 | 09:33 | Müəllif: Günəş Mərd

Kim Çen In orduya süni intellektlə bağlı göstəriş verdi

Şimali Koreya lideri Kim Çen In artilleriya qüvvələrinin gücləndirilməsi, hərbi istehsalın genişləndirilməsi və hücum-müdafiə silah sistemlərində süni intellektdən istifadənin artırılması ilə bağlı yeni hədəflər müəyyən edib.

Bakıvaxtı.az xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Kim Çen In bu tapşırıqları sentyabrın 16-18-də ölkənin aparıcı müdafiə sənayesi müəssisələrinə səfəri zamanı verib.

Şimali Koreya lideri artilleriya qüvvələrinin daha güclü və genişmiqyaslı imkanlara malik olmalı, həmçinin həm çəkindirmə, həm də müharibə zamanı qarşıya qoyulan vəzifələri yerinə yetirməli olduğunu bildirib.

Onun sözlərinə görə, artilleriya və digər hərbi komponentlərin modernləşdirilməsi ölkənin silahlı qüvvələrinin strukturuna və mümkün münaqişəyə cavab planlarına da təsir göstərir.

Kim Çen In hərbi sənayenin genişləndirilməsini və gücləndirilməsini, uzunmüddətli istehsal planlarının yerinə yetirilməsi üçün müdafiə müəssisələrinin texnoloji infrastrukturunun təkmilləşdirilməsini tələb edib.

Qarşıya qoyulan vəzifələr sırasında istehsalın artırılması, texnoloji proseslərin modernləşdirilməsinin sürətləndirilməsi, hücum və müdafiə sistemlərində süni intellektdən istifadənin genişləndirilməsi, həmçinin artilleriya sistemlərinin avtomatlaşdırılması və müdafiə imkanlarının gücləndirilməsi də yer alıb.

Kim Çen In mühüm hərbi texnikanın istehsalı üzrə planların icra olunmasından məmnunluğunu ifadə edib. O, artilleriya qüvvələrinin yenidən təchiz edilməsi və modernləşdirilməsi proqramı çərçivəsində müəssisələrin istehsal gücünün artırıldığını qeyd edib.

Şimali Koreya lideri cari ilin istehsal planlarının yerinə yetirilməsinin ordu və müdafiə sənayesinin inkişafı üzrə yeni beşillik proqramın əsasını təşkil etdiyini bildirib. O, aparıcı müdafiə müəssisələrinə mövcud silah istehsalı tempini qorumaqla yanaşı, gələcək proqramların icrası üçün istehsal bazasını da hazırlamaq tapşırığı verib.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026