• Bakı 22° C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Türkiyə MMN-dən Azərbaycana: "Birlikdə güclü, birlikdə qardaşıq"

SİYASƏT

19 Sentyabr 2026 | 18:23 | Müəllif: Gülşən Şərif

Türkiyə MMN-dən Azərbaycana: "Birlikdə güclü, birlikdə qardaşıq"

Azərbaycandan bir qrup qazi və onların ailə üzvü Ankara Hava Muzeyi Baş İdarəsində olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin (MMN) "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, 19 Sentyabr - Qazilər Günü münasibətilə Azərbaycandan olan qazilər və onların ailə üzvləri idarədə qəbul edilib.

"Birlikdə güclü, birlikdə qardaşıq.

Ankara Hava Muzeyi Baş İdarəsində keçirilən mənalı proqramda qəhrəmanlarımızın xatirələrini dinlədik, ortaq tariximizin və zəfərlərimizin qürurunu hamımız birlikdə bölüşdük", - paylaşımda bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026