• Bakı 23° C

    6.99 m/s

Azərbaycan bu ölkə ilə daha 12 sənəd imzalaya bilər

DÜNYA

18 Sentyabr 2026 | 21:24 | Müəllif: Subhan Mahmudov

Azərbaycan bu ölkə ilə daha 12 sənəd imzalaya bilər

Azərbaycan və Moldova əməkdaşlığı genişləndirməyə imkan verəcək 12 sənəd layihəsini nəzərdən keçirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda Moldovanın Müstəqillik Gününün 35-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.

“Azərbaycan və Moldova arasında ikitərəfli hüquqi bazanı genişləndirmək, eləcə də ikitərəfli münasibətlərin gələcək inkişafı üçün həlledici əhəmiyyət kəsb edən ikitərəfli sənədləri imzalamaq son dərəcə vacibdir.

Bu günədək iki ölkə arasında müqavilə-hüquq bazası çərçivəsində 68 sənəd imzalanıb. Hazırda tərəflər 12 sənəd layihəsini nəzərdən keçirirlər. Bu aktların operativ imzalanması ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsi üçün yeni üfüqlər açacaq", - nazir qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026