• Bakı 24° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Lukaşenkonun kanalı oğurlandı, erotik paylaşımlar etdilər

DÜNYA

18 Sentyabr 2026 | 22:13 | Müəllif: Subhan Mahmudov

Lukaşenkonun kanalı oğurlandı, erotik paylaşımlar etdilər

Belarus Prezidenti Aleksandr Lukaşenkonun mətbuat xidmətinin rəsmi teleqram kanalı oğrulanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Ostorojnо, novosti” nəşri məlumat yayıb.

Nəşr yazır ki, Belarus liderinin mətbuat xidmətinin rəsmi resursu olan “Pul Pervogo” kanalının keçidinə daxil olarkən istifadəçilərin qarşısına erotik xarakterli materiallar çıxıb. Kanalın köhnə yazılarına daxil olmaq cəhdi zamanı isə messencer xəta verib və kanalın özəl rejiminə keçməsi barədə xəbərdarlıq göstərib.

Qeyd edək ki, “Pul Pervogo” “Telegram” kanalının 250 mindən çox abunəçisi var. Kanalın hansı səbəbdən əlçatmaz olması və erotik məzmunun yayılması barədə rəsmi səbəb hələ ki bəlli deyil.

Məlumat üçün bildirək ki, hazırda kanal açıqdır və sözügedən paylaşımlar silinib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026