• Bakı 24° C

    5.8 m/s

Adı Kirkorovla hallanan model özündən 30 yaş böyük biznesmenlə sevgilidir

ŞOU

18 Sentyabr 2026 | 14:00 | Müəllif: Əli Hüseynov

Adı Kirkorovla hallanan model özündən 30 yaş böyük biznesmenlə sevgilidir

“Miss Rusiya 2024” və “Miss BRİKS 2026” titullarının sahibi Valentina Alekseyeva özəl həyatı ilə gündəmə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bir müddət adı Xalq artisti Filipp Kirkorovla hallanan model ilk dəfə sevgilisini ictimaiyyətə təqdim edib. 20 yaşlı model sosial şəbəkədə sevgilisi ilə birlikdə çəkilmiş fotosunu paylaşıb.

Valentina həmin şəxsin üzünü ürək emojisi ilə gizlətsə də, onun kimliyini müəyyən etmək mümkün olub. "Super" nəşrinin məlumatına görə, modelin sevgilisi Çelyabinskdən olan 50 yaşlı sahibkar İlya Mitelmandır. O, 2000-ci illərdə bir sıra məşhur qadınlarla münasibətdə olması ilə gündəmə gəlmişdi.

Qeyd edək ki, ötən ay 20 yaşı olan Valentina Monakodakı hotel otağında qızılgül buketləri və məşhur brendlərin hədiyyələri arasında fotosunu paylaşmışdı. Kadra üç “Cartier” qutusu, “Chanel”dən iki hədiyyə və “Hermès” paketinin də düşdüyü həmin paylaşımda hədiyyələri modelə kimin təqdim etdiyi maraq oyatmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026