Türk Dünyası Bəstəkarlar Birliyi yaradılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türk Dünyası Bəstəkarlarının I Qurultayı zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün Türk Dünyası Bəstəkarlar Birliyinin təsis edilməsi barədə Bakı Bəyənnaməsi imzalanacaq.
















