• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Bakıda dörd avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

CƏMİYYƏT

19 Sentyabr 2026 | 20:33 | Müəllif: Gülşən Şərif

Bakıda dörd avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

Bakıda dörd müntəzəm avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, paytaxtın Binəqədi rayonunun İbrahimpaşa Dadaşov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Bu səbəbdən 6, 88, 88A və 202 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ olaraq Şövkət Məmmədova küçəsi ilə təşkil edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026