• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Qırğızıstanın sabiq fövqəladə hallar naziri iki ay müddətinə həbs edilib

DÜNYA

19 Sentyabr 2026 | 19:13 | Müəllif: Gülşən Şərif

Qırğızıstanın sabiq fövqəladə hallar naziri iki ay müddətinə həbs edilib

Qırğızıstanın sabiq fövqəladə hallar naziri Boobek Ajikeyev iki ay müddətinə həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu qərarı Hərbi Prokurorluğun müstəntiqinin vəsatəti əsasında Bişkekin Pervomayski Rayon Məhkəməsi çıxarıb.

Qeyd olunub ki, Ajikeyevə Qırğızıstan Cinayət Məcəlləsinin 337-ci maddəsinin 4-cü hissəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) üzrə ittiham irəli sürülüb. Keçmiş məmur ötən gün saxlanılmışdı.

Daha əvvəl Hərbi Prokurorluq "Baytik" meteostansiyasının ərazisində bina tikintisi zamanı pozuntular aşkar etmişdi. Bina tikintinin qadağan edildiyi su mühafizə zonasında inşa olunub. Dövlətə xüsusilə külli miqdarda ziyan vurulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026