• Bakı 22° C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"

DÜNYA

19 Sentyabr 2026 | 18:12 | Müəllif: Gülşən Şərif

Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"

"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian" nəşrinə verdiyi müsahibə zamanı səsləndirib.

Siyasətçi qeyd edib ki, raket, dron və hava hücumundan müdafiə sistemlərində nəzərəçarpacaq dərəcədə ciddi problemlərin olduğu göz qabağındadır.

"Gəlin açıq danışaq. Bu çətinlikləri həm Ukrayna, həm də bütövlükdə Avropa və NATO yaşayır", - deyə o bildirib.

"The Guardian" qəzeti yazır ki, Avropadakı müttəfiqlər və Ukrayna üçün "Patriot" raket kompleksləri, eləcə də digər HHM vasitələrinin çatdırılmasında ləngimələr yaranıb. Bunun səbəbi kimi Birləşmiş Ştatların İranla hərbi toqquşmalar zamanı öz silah ehtiyatlarının təxminən üçdə ikisini sərf etməsi göstərilir.

Vurğulanır ki, həmin ehtiyatların yenidən tam olaraq bərpa edilməsi ən azı beş il vaxt apara bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026