• Bakı 23° C

    6.99 m/s

"Meksika və ABŞ razılaşma üzrə danışıqlarda irəliləyiş əldə ediblər"

DÜNYA

18 Sentyabr 2026 | 20:00 | Müəllif: Subhan Mahmudov

"Meksika və ABŞ razılaşma üzrə danışıqlarda irəliləyiş əldə ediblər"

Meksika Prezidenti Klaudiya Şeynbaum sentyabrın 16-da ABŞ Prezidenti Donald Trampla danışıqlar apardığını və bunun yekununda tərəflərin bir sıra razılaşmalar əldə etdiyini bildirib.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, o, bu barədə gündəlik mətbuat konfransı zamanı məlumat verib.

Şeynbaum əldə olunan razılaşmaların təfərrüatlarını açıqlamayıb, lakin Trampla söhbəti "çox yaxşı" kimi xarakterizə edib.

"Meksika və Birləşmiş Ştatlar arasında potensial razılaşma istiqamətində irəliləyiş əldə olunub", - o əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026