• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər

DÜNYA

19 Sentyabr 2026 | 19:56 | Müəllif: Gülşən Şərif

İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər

İran hələ də ölkənin mərhum ali rəhbəri Əli Xameneinin fətvasına sadiqdir və nüvə doktrinasını dəyişməyib.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib.

"ABŞ və İsrailin hərəkətləri bizə Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmağa imkan verir", - o bildirib.

Generalın sözlərinə görə, hələ müqavilədən çıxmaq barədə qərar qəbul olunmayıb və bu məsələ Vaşinqtonun davranışından asılıdır:

"Vaşinqtonun müharibədən çıxmaq üçün şərtlərimizi qəbul etməsi onun xeyrinədir. Şərtlərimiz bunlardır: bütün cəbhələrdə müharibəyə son qoyulması, müsadirə edilmiş aktivlərimizin azad edilməsi və dəniz mühasirəsinin sonu".

Onun fikrincə, ABŞ Prezidenti Donald Trampın Tehrana qarşı təhdidləri heç bir nəticə verməyəcək və İran həlledici müharibəyə hazırdır.

"ABŞ ordusunun zəif cəhətlərini bilirik və hava hücumlarına qarşı durmağa keçmişdən daha çox hazırıq", - Rezai yekunlaşdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026