• Bakı 23° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

 Alim Qasımov Üzeyirlə DUET OXUDU

ŞOU

18 Sentyabr 2026 | 16:15 | Müəllif: Əli Hüseynov

Alim Qasımov Üzeyirlə DUET OXUDU

Xalq artisti Alim Qasımovla müğənni Üzeyir Mehdizadə duet oxuyub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Üzeyir Mehdizadə sosial şəbəkə hesabında paylaşım edib. 

Xalq artisti ilə birlikdə görüntülərini paylaşan müğənni bildirib ki, “Nəyindən narahatsan” adlı duet sabah yayımlanacaq.

“Bizim böyük sənətkarımız Alim Qasımov. Mən Alim müəllimə xüsusi təşəkkür edirəm. Sağ olsun ki, böyüklük etdi, icazə verdi, biz yeni proyekt hazırladıq. Allah xeyir versin”, - müğənni qeyd edib.

Alim Qasımov isə onunla tanışlığa məmnun olduğunu bildirib: “Mənim üçün də çox xoş oldu ki, sənin kimi yaradıcı biri ilə tanış oldum. Mən hər vaxt sənin qulluğunda hazıram. Sənə uğurlar arzulayıram. Yazdığın mahnılara, sözlərə qulaq asdım, çox xoşuma gəldi. Bir dənə qəşəng cavanlar üçün bir şey yaradarıq”. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026