• Bakı 24° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

FIFA Qavinin cəzası ilə bağlı qərar verdi

İDMAN

18 Sentyabr 2026 | 15:24 | Müəllif: Əli Hüseynov

FIFA Qavinin cəzası ilə bağlı qərar verdi

FIFA-nın Apellyasiya Komitəsi İspaniya Kral Futbol Federasiyasının “Barselona”nın futbolçusu Qavinin cəzasının dondurulması ilə bağlı müraciətini rədd edib.

Bakıvaxtı.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 22 yaşlı oyunçu dünya çempionatının finalında Argentina millisinin üzvü Leandro Paredeslə yaşadığı insidentə görə bir oyunluq cəzalandırılıb. İspaniya tərəfi cəzanın bir il müddətinə dondurulmasını istəyib və buna DÇ-2026-da ABŞ yığmasının hücumçusu Folarin Baloqunun oxşar cəzasının dayandırılmasını nümunə göstərib.

Lakin FIFA bu müraciəti də rədd edərək Qavinin bir oyunluq cəzasını qüvvədə saxlayıb. Beləliklə, futbolçu sentyabrın 26-da Londonda İngiltərəyə qarşı keçiriləcək Millətlər Liqası matçında iştirak edə bilməyəcək. Qavinin sentyabrın 29-da Xorvatiyaya qarşı oyunda meydana çıxması mümkündür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026