• Bakı 24° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Uşağınız telefondan ayrıla bilmir? - Valideynlərin bilməli olduğu TƏHLÜKƏLƏR

CƏMİYYƏT

18 Sentyabr 2026 | 16:49 | Müəllif: Qalib İbrahimoğlu

Uşağınız telefondan ayrıla bilmir? - Valideynlərin bilməli olduğu TƏHLÜKƏLƏR

"Sosial paltformalardan çox istifadə olunması uşaqlarda aqressiya, yuxu pozğunluğu, diqqət dağınıqlığı, ətraf mühitə və dərslərə marağın azalması, asılılıq və s. kimi bir çox hallara səbəb olur".

Bunu Bakıvaxtı.az-a açıqlamasında psixoloq Günay Kərimi deyib.

Sosial şəbəkələrin uşaqlara psixoloji təsirlərini şərh edən müsahibimiz bildirib ki, texnologiya dövrü uşaqların inkişafına, psixoloji durumlarına, emosional inkişafına həm müsbət, həm də mənfi təsir göstərir:

"Bildiyiniz kimi, 15-17 yaş uşaqlarda fiziki inkişaf dövrüdür. Bununla yanaşı, uşaqlarda həm də psixoloji, emosional dövrün inkişaf etdiyi dövr də bu yaşlara təsadüf edir. Bu gün bütün dünyada olduğu kimi, bizim ölkəmizdə də texnologiya dövrü yaşanır. Texnologiyanın istifadə müddətindən, maraq göstərilən məzmunundan və uşaqların sosial mühitindən asılı olaraq, yeniyetmələrə fərqli təsirlər göstərə bilir. Mənfi təsirlərindən danışsaq, ilk növbədə, uşaqlarda əhval dəyişikliyi, narahatlıq, özdəyərin aşağı düşməsi, sosiallaşmadan uzaqlaşma, özünəqapanma kimi hallar müşahidə olunur".

Psixoloq qeyd edib ki, sosial şəbəkələrin mənfi tərəfləri ilə yanaşı, müsbət tərəfləri də var. Belə ki, sosial şəbəkələrdən düzgün istifadə uşaqlarda maraq dairələrini inkişaf etdirməyə, öz bacarıqlarını kəşf etməyə, yeni hobbilər yaratmağa, elmi və dil biliklərini artırmağa kömək edir.

Günay Kərimi: Telefona bağlı olan uşaqlarda sosiallaşmadan uzaqlaşma, özünəqapanma kimi hallar müşahidə olunur

"Ümumiyyətlə, elmi maraqlar və öyrənmə materialları üçün geniş platforma təşkil edir. Sadəcə valideynlərin çox diqqətli olması vacibdir, mütləq uşağın sosial şəbəkələrdə izlədikləri və oynadıqları oyunlar nəzarətdə saxlanılmalıdır. Sosial şəbəkələrdən istifadə müddəti limitli olmalıdır. Həmçinin ziyanlı tərəfləri, tanımadığı insanlarla quracağı ünsiyyət valideyn tərəfindən izah olunmalıdır. İdmanla və incəsənətlə məşğul olmaq, elmi biliklərə yiyələnmək, dil bacarıqlarını artırmaq və s. kimi məşğuliyyətlərlə uşağın gününü dolu keçirtmək onu sosial şəbəkələrdən uzaq tutmağa kömək edir. Bu amillər həm də uşağın inkişafına və sosial mühitə adaptasiya olmağına çox kömək olacaq", - deyə müsahibimiz əlavə edib.

G.Kərimi vurğulayıb ki, valideyn övladını tanımalı, nəyi sevdiyini nəzərə almalı, bacarıqlarını ortaya çıxartmalı və inkişaf etməsinə dəstək olmalıdır. Ayrıca, çox ünsiyyət qurmaq və vaxt keçirtmək də uşağı sosial şəbəkələrdən çox istifadədən və asılılıqların yaranmasından uzaq tutacaq.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026