Bakının Xətai rayonundakı məşhur "Nargilə dairəsi" və həmin ərazidə yerləşən tanınmış "Nargilə" kafesinin şəhərin Baş planına uyğun olaraq söküldüyü, yerində alış-veriş mərkəzi tikiləcəyi barədə xəbər vermişdik.
Bakıvaxtı.az "Əhmədli Mall" ilə bağlı yeni məlumat əldə edib. Belə ki, ərazidə tikintisi davam edən layihənin PAŞA Holding tərəfindən həyata keçirildiyi bildirilir.
Hazırda kompleksin tikinti işləri davam etdirilir.
Layihənin ümumi dəyəri, ərazisi, istifadəyə veriləcəyi tarix və layihədə hansı şirkətlərin iştirak etdiyi ilə bağlı isə əlavə məlumat açıqlanmayıb.
Elcan Musalı
















