Salyanda motosiklet piyadanı vuraraq öldürüb.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Salyan şəhərində qeydə alınıb.
"Muravey" markalı motosiklet yolu keçən piyadanı vurub.
Ağır xəsarətlər alan piyada xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
















