Bakı-Tbilisi-Bakı qatarı bərpa olunandan indiyədək Bakıdan Gürcüstana 65 890 min sərnişin daşınıb.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Qeyd olunub ki, qatarlar 100 faiz doluluqla hərəkət edib.
Xatırladaq ki, 6 illik fasilədən sonra 2026-cı il mayın 25-də Azərbaycan Dəmir Yolları Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin daşımalarını bərpa edib.
Günəş Mərd
















