• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Uşaqlarınızı qoruyun: Qonşu ölkədə norovirus sürətlə yayılır

CƏMİYYƏT

20 Sentyabr 2026 | 13:14 | Müəllif: Ayyət Əhməd

Uşaqlarınızı qoruyun: Qonşu ölkədə norovirus sürətlə yayılır

Gürcüstanın paytaxtı Tbilisidə bələdiyyə uşaq bağçalarında çoxsaylı uşağın xəstələnməsinə yüksək ehtimalla norovirusun səbəb olduğu müəyyənləşdirilib.

Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, Gürcüstan Milli Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin bildirdiyinə görə, aparılan laborator müayinələrin nəticələri xəstəlik hallarının əksəriyyətinin norovirusla əlaqəli olduğunu göstərir. Bununla belə, araşdırmalar hələ davam edir və yekun nəticələrin daha sonra açıqlanacağı bildirilib.

Norovirus virus mənşəli qastroenteritin əsas səbəblərindən biridir. İnfeksiya adətən qusma, qarın ağrısı, ishal, bəzi hallarda isə hərarətlə müşayiət olunur. Xəstəlik əksər hallarda 1-3 gün ərzində keçir.

Mütəxəssislərin diqqət çəkdiyi əsas risk isə güclü qusma və ishal zamanı orqanizmin susuzlaşmasıdır. NCDC-nin məlumatına görə, norovirus Gürcüstanda virus mənşəli qastroenterit hallarının təxminən 40-45 faizini təşkil edir.

Hazırda xəstələnən uşaqların vəziyyəti əlverişli qiymətləndirilir. Ciddi və ya həyati təhlükəli ağırlaşmalar qeydə alınmayıb. Uşaqların böyük hissəsinin artıq sağalma mərhələsində olduğu bildirilir.

Kütləvi xəstələnmə halları sentyabrın 17-18-də, Tbilisidə uşaq bağçalarının yeni mövsüm üzrə fəaliyyətə başlamasından qısa müddət sonra qeydə alınıb.

Gürcüstanın səhiyyə naziri Mixeil Sardjveladzenin daha əvvəl verdiyi məlumata görə, 100-dən çox uşağın xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb.

Norovirusla bağlı xəstəlik halları eyni vaxtda Tbilisinin 20 uşaq bağçasında qeydə alınıb. Onlardan 7-si karantin məqsədilə bağlanıb.

Gürcüstanda baş verən bu kütləvi xəstələnmə halları fonunda valideynlərə uşaqlarda qusma və ishal kimi simptomlar müşahidə edildikdə maye itkisinə xüsusi diqqət yetirmələri tövsiyə olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026