Ukrayna sentyabrın 20-də 2000-dən çox hücum dron və raketindən istifadə edərək Rusiyaya qarşı ən böyük hücumlarından birini həyata keçirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
MN Ukrayna Müdafiə Qüvvələrinin bununla Rusiya Dövlət Dumasına seçkiləri pozmağa cəhd etdiyini iddia edib.
Qeyd edək ki, dünən və bu gün həyata keçirilən hücumlarda yaşayış binaları, neft emalı zavodları, logistika mərkəzləri hədəf alınıb.
















