Alimlər 1972-ci ildən bəri cavabsız qalan qan qrupu sirrinin genetik səbəbini müəyyənləşdiriblər.
Bu barədə Bakıvaxtı.az Bristol Universitetinin araşdırmasına istinadən məlumat yayıb.
Tədqiqat nəticəsində AnWj antigeninin MAL adlı zülalla əlaqəli olduğu müəyyənləşdirilib və MAL ayrıca qan qrupu sistemi kimi təsnif edilib.
Kəşf xüsusilə son dərəcə nadir AnWj-mənfi qanı olan insanların müəyyənləşdirilməsi üçün əhəmiyyətlidir. Bu, uyğun donorların tapılmasını və təhlükəli transfuziya reaksiyalarının qarşısının alınmasını asanlaşdıra bilər./Lent.az
















