• Bakı 13° C

    1.18 m/s

Barro: Fransız diplomatlar İranda əsassız olaraq saxlanılıb

DÜNYA

20 Iyul 2026 | 20:29 | Müəllif: Subhan Mahmudov

Barro: Fransız diplomatlar İranda əsassız olaraq saxlanılıb

İki fransız diplomat İran təhlükəsizlik qüvvələri tərəfindən "son dərəcə ciddi hədə-qorxu aktına" məruz qalıb.

Bakıvaxtı.az  "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.

Nazirin sözlərinə görə, bir gün əvvəl fransız diplomatlar əsassız olaraq bir neçə saat saxlanılıb və dindiriliblər: "İran hüquq-mühafizə orqanlarının əməkdaşları onlara qarşı kobud rəftar edib, diplomatlardan biri hətta fiziki zorakılığa məruz qalıb. Dindirmədən sonra onlar Fransa səfirliyinə qayıdıblar".

Barro insidenti "diplomatik toxunulmazlığın kobud şəkildə pozulması" adlandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026