• Bakı 27° C

    5.54 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Növbəti köç: Bu dəfə Şükürbəyliyə - FOTOLAR - YENİLƏNİB

CƏMİYYƏT

10 Sentyabr 2026 | 13:20 | Müəllif: Qalib İbrahimoğlu

Növbəti köç: Bu dəfə Şükürbəyliyə - FOTOLAR - YENİLƏNİB

Bu gün növbəti köç karvanı ilə Şükürbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Bakıvaxtı.az xəbər verir ki, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək, evlərində məskunlaşıblar.

***

13:01

Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, 25 ailə - 154 nəfər öz doğma yurduna qovuşub.

***

08:51

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, Cəbrayıl rayonun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Şükürbəyli kəndinə 25 ailə - 154 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.


Növbəti köç: Bu dəfə Şükürbəyliyə - FOTOLAR - YENİLƏNİBNövbəti köç: Bu dəfə Şükürbəyliyə - FOTOLAR - YENİLƏNİBNövbəti köç: Bu dəfə Şükürbəyliyə - FOTOLAR - YENİLƏNİBNövbəti köç: Bu dəfə Şükürbəyliyə - FOTOLAR - YENİLƏNİBNövbəti köç: Bu dəfə Şükürbəyliyə - FOTOLAR - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026