• Bakı 22° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"Gəncə"nin məşqçiləri və basketbolçuları ilə görüş keçirilib

İDMAN

28 Sentyabr 2026 | 13:45 | Müəllif: Əli Hüseynov

"Gəncə"nin məşqçiləri və basketbolçuları ilə görüş keçirilib

"Gəncə" basketbol klubunun direktoru Elnur Cəfərov aşağı yaş qruplarından ibarət komandaların məşqçiləri və oyunçuları ilə görüş keçirib.

Bu barədə Bakıvaxtı.az-a bölgə təmsilçisindən məlumat verilib.

E.Cəfərov klub rəhbərliyinin bu idman növünün Gəncədə yalnız bir istiqamətdə deyil, kompleks formada, bir-birini tarazlayacaq şəkildə inkişafını düşündüyünü bildirib.

Bu məqsədlə də klubda ayrı-ayrı yaş qrupları üzrə komandaların formalaşdırıldığını və liqalarda çıxış etdiyini sözlərinə əlavə edib. Direktor klubun hərtərəfli inkişafı üçün uşaq basketbolunun təməl prinsipləri arasında xüsusi yer tutduğunu qeyd edib.

Klub tərəfindən qarşıya qoyulan strategiyaya uyğun olaraq məşqçilərin "qələbə" yox, "inkişaf" yönümlü yanaşmaya üstünlük verdikləri vurğulanıb. Görüşdə həmçinin ötən mövsümün nəticələrinə nəzər salınıb, məşqçilərin hesabatları dinlənilib. Növbəti yarışlar üçün qarşıya qoyulan hədəflərdən danışılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026