ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyada partlayıcı maddələrlə bağlı cinayətlərdə şübhəli bilinərək saxlanılan beş şəxsin ABŞ limanlarından birinə ciddi zərər vurmaq niyyətində olduğunu bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə sentyabrın 27-də açıqlama verib. Onun sözlərini “Bloomberg” yayıb.
ABŞ lideri Britaniya hüquq-mühafizə orqanlarının keçirdiyi və beş nəfərin saxlanıldığı əməliyyatı müsbət qiymətləndirib.
Trampın sözlərinə görə, saxlanılan şəxslər həbs edilməzdən əvvəl ABŞ xüsusi xidmət orqanlarının diqqətində olublar.
















