• Bakı 26° C

    4.21 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bakıda yeni tunel inşa ediləcək - VİDEO

CƏMİYYƏT

28 Sentyabr 2026 | 09:57 | Müəllif: Əli Hüseynov

Bakıda yeni tunel inşa ediləcək - VİDEO

Məhəmməd Xiyabani küçəsi ilə Xarici Dairəvi Avtomobil Yolunun kəsişməsində nəqliyyat hərəkətinin yenidən təşkili nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) layihəsi çərçivəsində ərazidə tunel tipli yolötürücüsünün, dairəvi hərəkətin təşkil olunduğu yolayırıcının və Qaradağ istiqamətində yan yolun yaradılması planlaşdırılır.

    Layihəyə əsasən, müxtəlif istiqamətlər üzrə nəqliyyat axınlarının bir-birindən ayrılması və hərəkətin müxtəlif səviyyələrdə təşkili nəzərdə tutulur. Bununla qovşaqda nəqliyyat vasitələrinin hərəkətində yaranan kəsişmələrin və gecikmələrin azaldılması, giriş və çıxışların daha səmərəli təşkili hədəflənir.

    Layihə çərçivəsində piyadaların rahat və təhlükəsiz hərəkəti üçün müvafiq infrastrukturun yaradılması da nəzərdə tutulur.

    Yeni yol qovşağının 20 Yanvar, Şamaxinka və Qaradağ istiqamətlərində nəqliyyat axınlarının bölüşdürülməsinə də təsir göstərəcəyi bildirilir.

    Qeyd edək ki, bu layihə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan 24 yol layihəsindən biridir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Sentyabr 2026