• Bakı 17° C

    1.96 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı

DÜNYA

27 Sentyabr 2026 | 23:57 | Müəllif: Gülşən Şərif

Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı

Keçmiş Milli Kəşfiyyat Təşkilatı (MİT) əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaqda adı hallanan keçmiş həbsxana həkimi Turgay Tamer İstanbuldakı evində ölü tapılıb.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə İstanbulun Büyükçekmece rayonunda qeydə alınıb.

Məlumata görə, Tamerin 12 gün əvvəl xaricə gedən həyat yoldaşı Marina Tamer evə qayıtdıqda ərini yerdə hərəkətsiz vəziyyətdə tapıb. Polis əməkdaşlarının hadisə yerində apardığı ilkin araşdırmalardan sonra keçmiş həkimin ölümü şübhəli hesab edilib. Turgay Tamerin cəsədi dəqiq ölüm səbəbinin müəyyənləşdirilməsi üçün Məhkəmə Tibbi Ekspertizası Qurumuna (Adli Tıp) göndərilib.

Xatırladaq ki, keçmiş həbsxana həkimi T. Tamer daha əvvəl Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) həbsxanada müəmmalı şəkildə vəfat edən əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılmış, daha sonra isə buraxılmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026