• Bakı 22° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Afət Fərmanqızı ilə Dəniz Əsədovanın məhkəməsində NƏLƏR OLDU?

ŞOU

28 Sentyabr 2026 | 14:55 | Müəllif: Əli Hüseynov

Afət Fərmanqızı ilə Dəniz Əsədovanın məhkəməsində NƏLƏR OLDU?

Müğənni Dəniz Əsədovanın iddiası əsasında Rusiyada fəaliyyət göstərən həmkarı Afət Fərmanqızının barəsində xüsusi ittiham qaydasında məhkəmədə icraata götürülmüş cinayət təqibi ilə bağlı ilk baxış iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, Saatlı Rayon Məhkəməsində baş tutan proses zamanı tərəflərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəməyə təqdim olunan materiallar nəzərdən keçirilərkən qarşı tərəfin Tovuz rayonunda qeydiyyatda olduğu və ölkə ərazisində yaşamadığı üçün işin aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, müğənni Dəniz Əsədovanın həmkarı Afət Fərmanqızını xüsusi ittiham qaydasında məhkəməyə verilməsinə səbəb onun Dəniz Əsədovaya qarşı sosial şəbəkələr vasitəsilə təhqir və böhtanlara yol verməsidir. Müğənninin iddiasına görə, Afət Fərmanqızı sosial şəbəkələrdə canlı yayım açaraq Dəniz Əsədova ilə yanaşı, onun azyaşlı övladlarına qarşı da təhqiramiz ifadələr işlədib. Buna görə müğənniyə dəfələrlə xəbərdarlıq olunsa da, o, əməllərini davam etdirib.

Qeyd edək ki, xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə Dəniz Əsədovanın şikayəti Saatlı Rayon Məhkəməsində icraata götürülmüşdü.

Onu da qeyd edək ki, bir müddət əvvəl Afət Fərmanqızı Xalq artisti Flora Kərimova və müğənni Vəfa Şərifova tərəfindən də eyni maddə ilə məhkəməyə verilmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026