• Bakı 19° C

    5.16 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Böyük Britaniyada dizelin qiyməti tarixi maksimuma çatıb

DÜNYA

28 Sentyabr 2026 | 15:44 | Müəllif: Əli Hüseynov

Böyük Britaniyada dizelin qiyməti tarixi maksimuma çatıb

Böyük Britaniyada dizel yanacağının orta qiyməti ABŞ-İran münaqişəsi fonunda tarixi maksimuma çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə avtomobil xidmətləri şirkəti RAC məlumat yayıb.

    RAC-ın məlumatına əsasən, ölkədə dizel yanacağının 1 litrinin orta qiyməti 1,9918 Britaniya funt sterlinqi təşkil edib. Bu, 2022-ci ilin iyununda qeydə alınmış əvvəlki rekord qiyməti - 1,9909 funt sterlinqi ötüb.

    Beləliklə, 55 litrlik çənə malik ailə avtomobilinin yanacaq çəninin tam doldurulması təxminən 110 funt sterlinqə başa gəlir ki, bu da ABŞ-İran münaqişəsinin başlanğıcındakı göstəricidən 31 funt sterlinq çoxdur.

    Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının 28 sentyabr 2026-cı il üçün rəsmi məzənnəsinə əsasən, 1 Britaniya funt sterlinqi 2,2514 manata bərabərdir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR