Beyləqan rayonunun Daşburun qəsəbəsində elektrik yarımstansiyasında baş verən yanğın söndürülüb.
Bakıvaxtı.az-ın məlumatına görə, yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanğın səbəbindən bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
***
20:34
Beyləqan rayonunda elektrik yarımstansiyasında yanğın baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Daşburun qəsəbəsində qeydə alınıb.
Güclü yanğın səbəbindən bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişi dayanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin briqadaları, xüsusi texnika və canlı qüvvə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Yanğının başvermə səbəbləri araşdırılır.
















