• Bakı 19° C

    5.16 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Leyla Əliyeva Petri ilə görüşdü

SİYASƏT

29 Sentyabr 2026 | 21:21 | Müəllif: Əli Hüseynov

Leyla Əliyeva Petri ilə görüşdü

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələrə görə təşəkkür ifadə olunub, göstərilən uzunmüddətli dəstək yüksək qiymətləndirilib. Xüsusilə uşaq pediatriyası sahəsində Müqəddəs Taxt-Tacın "Bambino Gesu" xəstəxanası ilə qurulan əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Eyni zamanda, Müqəddəs Pavel Bazilikasının və oradakı abidələrin bərpası, həmçinin bu istiqamətdə gələcək fəaliyyətin genişləndirilməsi məsələləri müzakirə olunub.

Rahibə Raffaella Petrini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya salamlarını çatdırmağı xahiş edib. O, yaxın vaxtlarda Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR