Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhətində problemlər yaranıb.
Bakıvaxtı.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, aktyor bu gün səhər Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.
Şeyx Əbdül açıqlamasında məlumatı təsdiqləyib:
“Bir neçə xəstəliklə mübarizə aparıram. Xəstəliyim qarışıq mallar mağazası kimidir, mədə-bağırsaq, göz, bronxlar və s. hamısı bir-birinə qarışıb. Hələ ki, müayinələr aparılır. Həkimlər yekun rəyi müayinələrdən sonra açıqlayacaq. Qocalıq xəstəlikləridir, orqanizm artıq çökür”.
Xatırladaq ki, bir müddət əvvəl Şeyx Əbdül Mahmudbəyovun səhhətində problemlər yaranmışdı. Özəl xəstəxanaların birinə yerləşdirilən aktyor əməliyyat olunmuşdu.
















