• Bakı 19° C

    5.16 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Kürdəmirdə ildırım vuran kişi ölüb

HADİSƏ

29 Sentyabr 2026 | 20:41 | Müəllif: Əli Hüseynov

Kürdəmirdə ildırım vuran kişi ölüb

Kürdəmirdə 51 yaşlı kişini ildırım vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Ağsu rayon Qasımbəyli kənd sakini Hacıalıyev Zahir Vahid oğlu qoyun otarmaqdan qayıdarkən onu ildırım vurub. O, elə hadisə yerində keçinib.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub və onun meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə zamanı bir neçə xırdabuynuzlu heyvan tələf olub. Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR