Argentina Böyük Britaniyadan iki həftə ərzində Folklend (Malvin) adaları yaxınlığında neft hasilatına yol verilməməsi üçün tədbirlər görməyi tələb edir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Argentina Prezidenti Xavyer Miley deyib.
O bildirib ki, əks təqdirdə, Argentina Beynəlxalq Dəniz Hüququ Tribunalına müraciət etmək niyyətindədir.
Qeyd edək ki, söhbət adalardan təxminən 220 kilometr məsafədə yerləşən “Sea Lion” neft layihəsindən gedir. Layihə İsrailin “Navitas Petroleum” şirkəti ilə Britaniyanın “Rockhopper Exploration” şirkəti tərəfindən birgə həyata keçirilir. Yataqda 1,7 milyard barrelədək neftin olduğu ehtimal edilir./Axar.az
















