“Təəssüflər olsun ki, son zamanlar diplomatiya ilə təbliğatı qarışdırıblar. BMT-nin kürsüsü təbliğat tribunasına çevrilib”.
Bu barədə Bakıvaxtı.az-a açıqlamasında deputat Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, BMT-dəki bu cür çıxışlar heç nəyə xidmət etmir:
“ABŞ Prezidenti Donald Tramp da demişdi ki, bilmir İranı məhv etsin, yoxsa sülhə doğru addımlar atsın. Belə açıqlamalar İran tərəfində qıcıq yaratdığına görə, Məsud Pezeşkian da BMT-də çox sərt çıxış etdi. Pezeşkianın çıxışında ABŞ ilə hansısa razılaşmaya yer yox idi. İran XİN başçısı deyir ki, ABŞ-yə 7 şərtdən ibarət sülh paketi təklif ediblər. Tramp isə bildirir ki, İran Vaşinqtonun şərtləri ilə razılaşmalıdır”.
Rasim Musabəyov: İran ya nefti dənizə tökməlidir, ya da hasilatı dayandırmalıdır
Müsahibimiz qeyd edib ki, lakin İran da ziddiyyətli davranır. Dediyinə görə, bir tərəfdən, sülhdən danışır, digər yandan teraktlara əl atırlar:
“Böyük Britaniyada ABŞ-yə məxsus hərbi hava bazasını partlatmaq niyyətində olan iranlılar saxlanılıb. Yəni tərəflərin bir-birinə etimadı sıfırdır”.
Deputata görə, İranın ən çətin problemi odur ki, neft hasilatı davam etsə də, onu sata bilmir:
“Ya nefti dənizə tökməlidir, ya da hasilatı dayandırmalıdır. Hasilat dayananda isə bunu bərpa etmək çox çətindir”.
Aydın Baxış
















