Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşüb.
Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, görüşdə ABŞ və İsrailin İrana hücumu bütün beynəlxalq qanunlara zidd olduğu və İslam respublikasının özünü qüdrətlə müdafiə etdiyi barədə Azərbaycan tərəfi məlumatlandırılıb.
"Tramp elə bir bataqlığa düşüb ki, nə danışıqlar apara bilir, nə də döyüşə bilir", - Rezai deyib və əlavə edib ki, İranın şərtləri Amerikaya elan edilib.
Görüşün təfərrüatları hələ açıqlanmayıb.
Xatırladaq ki, Azərbaycan Baş nazirinin müavini İran Prezidenti Məsud Pezeşkianla da görüşüb. Dünən isə Ş. Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri çərçivəsində iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü keçirilib.
















