• Bakı 17° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

"İşəgötürən 2 milyonluq avadanlığı təcrübəsiz kadra verə bilməz" - AÇIQLAMA

CƏMİYYƏT

29 Sentyabr 2026 | 13:02 | Müəllif: Günəş Mərd

"İşəgötürən 2 milyonluq avadanlığı təcrübəsiz kadra verə bilməz" - AÇIQLAMA

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” panelində bildirib ki, iqtisadiyyatın müxtəlif sahələri üzrə 1700 peşə və kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin və digər maraqlı tərəflərin istifadəsinə verilib.

Nazir qeyd edib ki, əmək bazarının müasir çağırışlarına cavab olaraq dövlət məşğulluq siyasəti əhəmiyyətli islahat dövrü keçib. Onun sözlərinə görə, işsiz və işaxtaran şəxslər üçün 175 peşə üzrə təlimlər təşkil olunur və bu sahədə 180-ə yaxın dövlət və özəl təhsil və təlim müəssisəsi ilə əməkdaşlıq edilir.

Deputat Ceyhun Məmmədov bu barədə Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Azərbaycanda kadr potensialını artırmaq üçün bir sıra islahatlar keçirilir.

Onun sözlərinə görə, dünyada gedən proseslərə nəzər salanda o qənaətə gəlirik ki, hazırda ən ciddi problem məhz kadr çatışmazlığıdır:

“Kadr yerində olmayanda, hansısa sahə üzrə peşəkar mütəxəssislər olmayanda, biz bunun ağır nəticələrini açıq şəkildə görürük. Azərbaycanda ümumiyyətlə təhsilə baxış, yanaşma tamamilə dəyişməlidir. Bizim inkişafımız, təhsililimizin mövcud vəziyyəti ilə uyğun gəlmir”.

C.Məmmədov qeyd edib ki, təhsilimiz inkişafımızdan xeyli uzaqdadır. Bizdə nəzəriyyə var, amma praktika yoxdur. Qonşu Türkiyə və ayrı-ayrı ölkələrdə proses ona doğru gedir. Gənclər daha çox müxtəlif texnoparklarda təcrübə keçirlər:

“Prezident İlham Əliyevin fikirlərində dəfələrlə vurğulanıb ki, Azərbaycan bu istiqamətdə kadrların hazırlanması üçün real və ciddi addımlar atır. Məsələ ondadır ki, tələbə universiteti bitirir, real iş həyatına gələndə praktika yetərli olmadığına görə, iş tapmaqda çətinlik çəkir”.

Ceyhun Məmmədov:Tələbə universiteti bitirir, praktika olmadığına görə, iş tapa bilmir

Parlament üzvü vurğulayıb ki, bəzi ali təhsil ocaqlarımızda istehsalat təcrübəsi var, amma bunlar da çox təəssüf ki, formal xarakter daşıyır:

“Ona görə də hazırda çox ciddi formada universitetlərlə işə götürənlər arasında sıx əlaqələrin qurulması istiqamətində çalışmalıyıq. Yəni birmənalı olaraq proses o istiqamətdə getməlidir ki, tələbə əgər gününün bir hissəsini universitetdə keçirirsə, digər dərsləri işəgötürənlərin müəssisəsində olsun, gələcəkdə problemlərlə üzləşməsin”.

Müsahibimiz vurğulayıb ki, işəgötürənlər təbii olaraq daha çox təcrübəli kadrlara üstünlük verirlər, işi bilən insanlar axtarırlar:

“Onları da başa düşmək lazımdır, məsələn, 2 milyonluq avadanlığın istifadəsini təcrübəsiz kadra həvalə edə bilməz. O səbəbdən, qarşılıqlı əlaqə olmalıdır”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026