Milli Məclisin sədr müavini Rafael Hüseynov və parlamentin komitə sədri Fazil Mustafa oktyabrın 1-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə gedəcəklər.
Bakıvaxtı.az xəbər verir ki, səfərdə məqsəd “Avropanın Sivilizasiya Fondu və Gürcüstanda xristianlığın 1700 ili” adlı konfransda iştirak etməkdir.
Tədbirdə parlamentarizm prinsipləri ilə mənəvi və dini dəyərlər arasında əlaqələr və digər mövzularda fikir mübadiləsi aparılacaq. Vitse-spiker Rafael Hüseynov konfransda çıxış edəcək, müzakirə olunan məsələlərə münasibətini bildirəcək.
Səfər oktyabrın 3-də başa çatacaq.
Zeynəb Rzayeva
















