• Bakı 21° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Zakir Həsənov britaniyalı və slovakiyalı həmkarları ilə görüşdü - FOTOLAR

SİYASƏT

01 Oktyabr 2026 | 00:12 | Müəllif: Subhan Mahmudov

Zakir Həsənov britaniyalı və slovakiyalı həmkarları ilə görüşdü - FOTOLAR

Sentyabrın 30-da "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizin digər ölkələrlə hərbi-texniki əməkdaşlıq məsələlərinə dair bir sıra maraqlı görüşlər keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov beynəlxalq sərgidə iştirak edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və Slovakiyanın müdafiə nazirləri ilə görüşüb.

Müdafiə naziri ölkəmizin Birləşmiş Krallıqla və Slovakiya Respublikası ilə bütün sahələrdə, xüsusilə də müdafiə və təhlükəsizlik məsələlərində əməkdaşlığa daim maraqlı olduğunu vurğulayaraq, bu əlaqələrin mövcud vəziyyətindən razılıq bildirib.

Azərbaycanda səfərdə olmaqdan və sərgidə iştirak etməkdən məmnunluq ifadə edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koaker və Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak dövlətlərimizin müdafiə strukturları arasında hərbi təhsil, hərbi-texniki innovasiyalar, həmçinin digər istiqamətlərdə əməkdaşlıqların müsbət müstəvidə davam etdiyini vurğulayıblar.

Görüşlərdə nazirlər müdafiə və təhlükəsizlik, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığa dair gələcək planları müzakirə edib, eləcə də qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.


Zakir Həsənov britaniyalı və slovakiyalı həmkarları ilə görüşdü - FOTOLARZakir Həsənov britaniyalı və slovakiyalı həmkarları ilə görüşdü - FOTOLARZakir Həsənov britaniyalı və slovakiyalı həmkarları ilə görüşdü - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026