UEFA “Neqreyra işi” üzrə “Real Madrid”in təqdim etdiyi yeni sənədləri araşdırır.
Bakıvaxtı.az xəbər verir ki, Madrid klubu iyunda “Barselona”nın bir neçə tituldan məhrum edilməsini tələb edib.
Araşdırma “Barselona”nın 2001–2018-ci illərdə Hakimlər Komitəsinin keçmiş sədr müavini Neqreyraya etdiyi ödənişlərlə bağlıdır. Kluba 2023-cü ildə korrupsiya ittihamı irəli sürülüb.
















