• Bakı 15° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Prokurorluq: Gəncədə məktəbdə zəhərlənmə ilə bağlı araşdırma aparılır

CƏMİYYƏT

01 Oktyabr 2026 | 16:33 | Müəllif: Əli Hüseynov

Prokurorluq: Gəncədə məktəbdə zəhərlənmə ilə bağlı araşdırma aparılır

Gəncədə orta məktəbdə baş vermiş zəhərlənmə faktı ilə bağlı araşdırma aparılır.

    Baş Prokurorluğun Mətbuat xidmətindən Bakıvaxtı.az-a cavab olaraq bildirilir ki, oktyabrın 1-də Gəncə şəhəri ərazisində yerləşən orta məktəblərdən birində 5 şagirdin qida zəhərlənməsindən xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

    Zəhərlənmənin səbəbinin müəyyən olunması məqsədilə zəruri nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib, eləcə də araşdırma üzrə əhəmiyyət kəsb edən digər hərəkətlər aparılıb.

    Xəstəxanaya müraciət edən şəxslər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, səhhətləri normaldır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR