• Bakı 12° C

    6.42 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Əmrullayev Naxçıvanda qəbul keçirəcək

SİYASƏT

02 Oktyabr 2026 | 17:30 | Müəllif: Əli Hüseynov

Əmrullayev Naxçıvanda qəbul keçirəcək

Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 30-da Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə Bakıvaxtı.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

    Bildirlib ki, qəbulda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 19 oktyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

    Qeyd olunub ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    03 Oktyabr 2026