• Bakı 13° C

    6.11 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Quba-Xınalıq yolunda torpaq sürüşməsi baş verib

HADİSƏ

03 Oktyabr 2026 | 16:12 | Müəllif: Gülşən Şərif

Quba-Xınalıq yolunda torpaq sürüşməsi baş verib

 Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi baş verib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, yolun daha əvvəl təmizlənərək hərəkətin bərpa olunan hissəsində bu gün yenidən torpaq sürüşüb.

Nəticədə Quba rayonunun Xınalıq da daxil olmaqla səkkiz dağ kəndi ilə nəqliyyat əlaqəsi kəsilib.

Bölgədə davam edən yağıntılı hava şəraiti və dağlıq relyefdə torpağın rütubətlənməsi sürüşmə prosesini aktivləşdirib. Hazırda aidiyyəti qurumların texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub, yolun təmizlənməsi və gediş-gəlişin bərpası istiqamətində işlər aparılır.

Qeyd edək ki, sentyabrın 30-da Quba-Xınalıq yolunun "Nazlı bulaq" kimi tanınan hissəsində sürüşmə baş verib, yola qum və palçıq axıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR