• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ceyranbatan su anbarının əməkdaşı iş yerində öldü - YENİLƏNİB

HADİSƏ

02 Noyabr 2026 | 13:10 | Müəllif: Zeynəb Rzayeva

Ceyranbatan su anbarının əməkdaşı iş yerində öldü - YENİLƏNİB

“İri Şəhərlərin Su Təchizatı” QSC hadisə ilə bağlı məlumat yayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, açıqlamada deyilir:

“Ceyranbatan Su Təchizatı İdarəsi su təchizatı sistemləri üzrə qəza-bərpa və təmir işləri qrupunun ustası Ramazanov Mahir Tofiq oğlu iş otağında qəfil dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanı və təcili tibbi yardım briqadasının əməkdaşları idarəyə dəvət olunublar.

İlkin tibbi diaqnoza görə Mahir Ramazanov ürəktutma nəticəsində vəfat edib”.

***

11:41

Abşeron rayonunda 67 yaşlı kişi iş yerində ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə oktyabrın 30-u saat 19 radələrində Ceyranbatan su anbarının ərazisində baş verib.

Ceyranbatan Su Təchizatı İdarəsində işləyən Sumqayıt şəhər sakini 1959-cu il təvəllüdlü Mahir Tofiq oğlu Ramazanovun meyiti gölün ərazisində tapılıb.

Faktla bağlı araşdırmalar aparılır. (oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026