• Bakı 19° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Kobaxidze: Gürcüstan Aİ qarşısında öhdəliklərinin 90 faizini yerinə yetirib

DÜNYA

03 Oktyabr 2026 | 23:06 | Müəllif: Əli Hüseynov

Kobaxidze: Gürcüstan Aİ qarşısında öhdəliklərinin 90 faizini yerinə yetirib

Gürcüstan Avropa İttifaqı (Aİ) ilə Assosiasiya Gündəliyi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin təxminən 90 faizini yerinə yetirib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Open Air" proqramında deyib.

Onun sözlərinə görə, Gürcüstan Aİ istiqamətində əsas diqqəti Assosiasiya Gündəliyi və DCFTA çərçivəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə yönəldib.

İ.Kobaxidze bildirib ki, iki il əvvəl müvafiq öhdəliklərin icra göstəricisi təxminən 65 faiz olub, hazırda isə bu rəqəm 90 faizə çatıb.

"Avropa İttifaqı istiqamətində əsas vəzifəmiz Assosiasiya Gündəliyində və DCFTA-da nəzərdə tutulan addımları atmaqdır. Hazırda müvafiq öhdəliklərin təxminən 90 faizini yerinə yetirmişik və bu istiqamətdə işləməyə davam edirik", - Baş nazir bildirib.

Onun sözlərinə görə, Gürcüstan 2028-ci ilin sonuna qədər bu prosesləri davam etdirmək üçün əvvəlki illərlə müqayisədə daha hazırlıqlı olacaq.

İ.Kobaxidze qeyd edib ki, hazırda Aİ ilə üzvlük danışıqlarının başlanması məsələsi gündəmdə olmasa da, hökumət Assosiasiya Sazişi və DCFTA-dan irəli gələn öhdəliklərin icrası üzərində işi davam etdirir.

Baş nazirin sözlərinə görə, Gürcüstan 2028-ci ilin sonuna qədər, 2024-cü ilin sonunda olduğundan daha yüksək hazırlıq səviyyəsinə çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026