• Bakı 17° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi

DÜNYA

04 Oktyabr 2026 | 14:17 | Müəllif: Zeynəb Rzayeva

Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi

Pakistanın təhlükəsizlik qüvvələri Xayber-Paxtunxva əyalətinin Dera-İsmayıl-Xan şəhərində keçirdiyi kəşfiyyat əməliyyatı zamanı "Fitnə əl-Xəvaric" hərəkatının 8 üzvünü zərərsizləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistanın dövlət radiosu təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, əməliyyat ölkədə ekstremizm və terrorizmin kökünü kəsməyə yönəlmiş "Əzm-i İstehkam" əməliyyatı çərçivəsində, ərazidə terrorçuların olması barədə məlumat əldə edildikdən sonra keçirilib.

Təhlükəsizlik qüvvələrinin məlumatına görə, öldürülən 8 terrorçu arasında "Fitnə əl-Xəvaric"in 3 əsas komandiri də olub.

Əməliyyat zamanı terrorçulardan xarici valyuta, həmçinin külli miqdarda silah və sursat götürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR