• Bakı 17° C

    2 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Tbilisidə Heydər Əliyevin büstünün zədələnməsi işi üzrə ilk məhkəmə keçiriləcək

SİYASƏT

05 Oktyabr 2026 | 12:35 | Müəllif: Əli Hüseynov

Tbilisidə Heydər Əliyevin büstünün zədələnməsi işi üzrə ilk məhkəmə keçiriləcək

Tbilisidə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin büstünü zədələməkdə təqsirləndirilən Ermənistan vətəndaşının işi üzrə ilk məhkəmə iclası noyabrın 12-də keçiriləcək.

Bakıvaxtı.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı həmin şəxsin vəkili Teona Peradze açıqlayıb. 

Onun sözlərinə görə, hazırda iş üzrə araşdırma davam etdirilir. 

Xatırladaq ki, Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb. İlkin məlumatlara görə, hadisə sentyabrın 21-i səhər saatlarında baş verib. Büstün zədələnməsi faktı ilə bağlı Gürcüstana turist kimi gələn Ermənistan vətəndaşı saxlanılıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026