• Bakı 18° C

    3.09 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Eldar İsgəndərov beynəlxalq kino səhnəsində!

MƏDƏNİYYƏT

05 Oktyabr 2026 | 10:43 | Müəllif: Əli Hüseynov

Eldar İsgəndərov beynəlxalq kino səhnəsində!

Azərbaycanlı gənc aktyor Eldar İsgəndərov beynəlxalq kino səhnəsində ölkəmizi təmsil edir.

Bakıvaxtı.az xəbər verir ki, azərbaycanlı aktyor Eldar İsgəndərov Nyu-York şəhərində yerləşən Linkoln Mərkəzində 64-cü Nyu-York Film Festivalı çərçivəsində nümayiş olunan “Club Kid” filminin təqdimatında iştirak edib.

Jordan Firstmanın rejissorluğu ilə çəkilən film Nyu-York Film Festivalında “Spotlight” proqramında təqdim olunur. Filmin nümayişi 4 oktyabrda Linkoln Mərkəzinin Alice Tully Hall zalında baş tutub. Təqdimat və müzakirədə filmin yaradıcı heyəti ilə yanaşı Eldar İsgəndərov da iştirak edib.

Qeyd edək ki, “Club Kid” filminin dünya premyerası 2026-cı ilin mayında 79-cu Kann Film Festivalında keçirilib. Film festivalın “Un Certain Regard” bölməsində nümayiş olunub. Filmin əsas rollarında Jordan Firstman, Cara Delevingne, Diego Calva və Reggie Absolom çəkiliblər. Eldar İsgəndərov da filmin aktyor heyətində yer alır.

Filmin süjetində Nyu-Yorkun gecə həyatı və əyləncə dünyasında çalışan, həyatını əyləncə üzərində quran bir kişinin gözlənilmədən 10 yaşlı oğlunun olduğunu öyrənməsi və bundan sonra həyatına yenidən baxması təsvir edilir.

Eldar İsgəndərovun iştirakı ilə bağlı daha bir diqqətçəkən məqam isə onun “The Debut” filmində də yer almasıdır. Film Jesse Eisenberg tərəfindən çəkilib və 64-cü Nyu-York Film Festivalının proqramına daxil edilib. Festivalın rəsmi məlumatına görə, oktyabrın 7-də keçiriləcək nümayiş və müzakirədə Eldar İsgəndərov da iştirak edəcək.

Beləliklə, İsgəndərovun adı son dövrlərdə ABŞ kino sənayesinin nüfuzlu festivallarının proqramlarında görünən azərbaycanlı aktyorlardan biri kimi diqqət çəkir. Onun həm Kann, həm də Nyu-York kimi beynəlxalq kino platformalarında yer alması Azərbaycan aktyorunun dünya kino mühitində tanınması baxımından xüsusi əhəmiyyət daşıyır.

 

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR